Məmur koronavirusdan həlak olan həkimlərin adlarını oxuyarkən ağladı - VİDEO

29-04-2020, 06:58           
Məmur koronavirusdan həlak olan həkimlərin adlarını oxuyarkən ağladı - VİDEO
İspaniya səhiyyə nazirinin müavini Veronika Kasado koronavirus pandemiyası ilə mübarizə apararkən vəfat etmiş həkimlərin adlarını oxuyan zaman göz yaşlarını saxlaya bilməyib.

Video “ABC News” telekanalının “Twitter” hesabında yayınlanıb.

Ətrafdakı həmkarları ondan siyahının oxunmasını dayandırmağı xahiş etsələr də, V.Kasado bildirib ki, adları sona qədər sadalamağa borcludur.

Qeyd edək ki, İspaniyada 232 128 şəxsin koronavirus testi müsbət çıxıb, 23 822 nəfər pandemiyanın qurbanı olub. 123 mindən çox ispaniyalı isə xəstəlikdən sağala bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru