Rusiyada terror aktının qarşısı alındı, ölənlər var

30-04-2020, 04:56           
Rusiyada terror aktının qarşısı alındı, ölənlər var
Rusiyanın Yekaterinburq şəhərində terror aktı hazırlayan üç silahlı xüsusi əməliyyatın gedişatında məhv edilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Terrorçuluğa qarşı Milli Komitənin informasiya mərkəzində bildirilib.

"Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda terror aktlarına hazırlığın qarşısını alıb. Yekaterinburqun Çkalovsk rayonunda antiterror əməliyyatı keçirilib. Əməliyyatın gedişatında terror fəaliyyətinə cəlb olunmuş üç quldur zərərsizləşdirilib", - komitədə bildirilib.

Əməliyyatın keçirildiyi yerdə əldəqayırma partlayıcı qurğular, silah-sursat aşkar edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru