İlon Maskdan gözlənilməz addım: Bütün əmlakını satır... 2-05-2020, 04:47 Dünyaca tanınmış "Tesla" və "Speys X" şirkətinin rəhbəri İlon Mask bütün əmlakını satmaq niyyətində olduğunu bəyan edib.Kult.az xəbər verir ki, bu barədə iş adamı özü Tvitter hesabında məlumat verib."Tesla" şirkətinin səhmlərinin çox baha olduğunu deyən Mask daha evinin olmayacağını söyləyib.Qeyd edək ki, İ.Maskın bu tvitindən sonra şirkətin səhmləri 7.1 faiz dəyər itirib. Facebook-da paylaş