Azərbaycan nefti yenidən bahalandı

2-05-2020, 11:06           
Azərbaycan nefti yenidən bahalandı
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 2 may tarixində 2,6% və ya 0,59 dollar bahalanaraq 23,51 dollar olub.
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 10 gün əvvəl – 22 aprel tarixində 15,8 dollara düşərək anti-rekorda “imza atıb”.
Bundan əvvəl isə "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının əvvəlində ən aşağı səviyyəyə düşüb. Aprel ayının 2-də "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 16,5 dollar olub.
Onu da bildirək ki, "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru