Şəmkirdə silahlı insident – 1 NƏFƏR GÜLLƏLƏNDİ

5-05-2020, 14:12           
Şəmkirdə silahlı insident – 1 NƏFƏR GÜLLƏLƏNDİ
Ötən gün Şəmkir rayonunun Dəllər Cırdaxan kəndi ərazisində kənd sakini F.Muradovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Asif Muradovun ayaq nahiyəsinə xəsarət yetirib.

Teref.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Muradov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb, A.Muradov isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başladılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru