“Brent” bahalaşdı – 30 dolları ötdü

5-05-2020, 18:24           
“Brent” bahalaşdı – 30 dolları ötdü
“Brent” markalı neftin bahalaşması davam edir.

Bakı vaxtı ilə saat 17:38-də “Brent” markalı neftin bir bareli üçün iyul fyuçerslərinin 11,88% artaraq 30,43 ABŞ dollarına bərabər olub.

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 18,24% artaraq 24,11 dollar təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə “Brent” neftinin qiymətinin 30 dollardan çox olması cari ilin aprelin 15-də qeydə alınıb./apa/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.