AZƏRBAYCAMDA DAHA 76 NƏFƏR KORONAVİRUSA YOLUXUB - Yoluxma niyə artır?

6-05-2020, 00:00           
AZƏRBAYCAMDA DAHA 76 NƏFƏR KORONAVİRUSA YOLUXUB - Yoluxma niyə artır?
Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164 481 test aparılıb.

"Yoluxmanın müsbət istiqamətdə artması karantin rejiminin yumşaldılması ilə bağlıdır"..Bu barədə Operativ Qərargahın brifinqində iştirak edən TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva da Koronavirusla Mübarizə Fondunun İctimai Nəzarət Şuranın iclasında iştirak etdiyini bildirib.

TƏBİB rəsmisi iclasda Fonda ayrılan ianələrin səhiyyə sahəsinə xərclənməsi ilə bağlı təklif etdiklərini deyib.

"Yoluxmanın müsbət istiqamətdə artması karantin rejiminin yumşaldılması ilə bağlıdır" - deyə Y.Qarayeva qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru