Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub - VİDEO

6-05-2020, 08:00           
Birləşmiş Ərəb Əmirliyində hündürmərtəbəli binada güclü yanğın olub - VİDEO
Birləşmiş Əərəb Əmirliyinin (BƏƏ) Şarja əmirliyinin Əl-Nəhd bölgəsindəki hündürmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Emirat Əl-Yaum” xəbər portalı məlumat yayıb.

Yanğın zamanı bina sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası səlb edilib. Xilasedicilər mərtəbələri fərdi qaydada yoxlamaq üçün dronlardan istifadə ediblər.

BƏƏ Mülki Müdafiə Xidmətindən bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər xəstəxanaya yerləşdirilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru