Mexiko şəhərində yüzlərlə məhbus azadlığa buraxılacaq

6-05-2020, 04:21           
Mexiko şəhərində yüzlərlə məhbus azadlığa buraxılacaq
Meksika paytaxtının hakimiyyəti yaxın zamanda şəhər həbsxanalarında yeni koronavirusun yayılmasının qarşısını almaq üçün bir neçə yüz məhkumu azadlığa buraxacaq.

Trend-in məlumatına görə, bu barədə şəhər hökumətinin başçısı Klaudia Şeynbaum mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, burada söhbət məhkumların vaxtından əvvəl azad edilməsindən gedir, qanuna əsasən 800 nəfərin azadlığa buraxılması nəzərdə tutulur:

"Bu günə qədər 250 nəfər azadlığa buraxılıb, onlar ağır cinayət törətməyiblər və həbs müddəti artıq başa çatmaq üzrə olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru