Vilyam Hacıyev bu maddələrlə ittiham edilir

6-05-2020, 22:14           
Vilyam Hacıyev bu maddələrlə ittiham edilir
Bu gün barəsində həbs qətimkan tədbiri seçilən İmişli Rayon İcra Hakimiyyətin sabiq başçısı Vilyam Hacıyevə qarşı irəli sürülən ittihamlar məlum olub.

Yenisabah.az xəbər verir ki, istintaq orqanı tərəfindən V.Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311.3.2 (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Səbail rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bu gün Prezident İlham Əliyev Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru