“Yaponçik”in səs-küylü qətli: 11 il sonra daha bir nəfər tutuldu

8-05-2020, 00:00           
“Yaponçik”in səs-küylü qətli: 11 il sonra daha bir nəfər tutuldu
Kriminal aləmdə "Yaponçik" ləqəbi ilə tanınan "qanuni oğru" Vyaçeslav İvankovun qətlinin daha bir iştirakçısı saxlanılıb.

Cebhe.info xəbər verir ki, bu şəxs Cambul Canaşiyadır. Onun barəsində Moskvanın Basman rayon Məhkəməsi həbs qərarı çıxarıb.

O, həm də qanusuz silah dövriyəsində günahlandırılır.

Cambul öz evində saxlanılıb və ona qarşı qətldə iştirak ittihamı irəli sürülüb. Məlumata görə, o, dostları ilə birlikdə restoranda "Yaponçiki" izləyib. Həmçinin onun qətl baş verən gün hadisə yerində olduğu müəyyən edilib.

Xatırladaq ki, "Yaponçik" 2009-cu ildə snayper gülləsi ilə restorandan çıxarkən vurulub. Bir neçə ay sonra ölüb. Cinayəti isti izlərlə açmaq mümkün olmayıb. Bir neçə dəfə araşdırma dayandırılıb, sonra yenidən bərpa olunub. İndiyə qədər onun qətlində iştiraka görə həbs olunanlar olsa da, killerin adı hələ də məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru