Əbədi məşəli qazlı su ilə söndürdü - VİDEO

8-05-2020, 09:02           
Əbədi məşəli qazlı su ilə söndürdü - VİDEO
Mars çölündəki "İnqilab döyüşçülərinə" abidəsinin mərkəzində yandırılan Əbədi məşəl ölkədə ilk olub. 1957-ci ildə yandırılan məşəlin odu Kirov zavodunun sobasından götürülüb

Rusiyanın Sankt-Peterburq şəhərində, Mars çölündə yerləşən Əbədi məşəli qazlı su ilə söndürüb, içinə butulkalar atanın şəxsiyyəti müəyyənləşib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, onun dediyinə görə, bunu qəsdən etməyib.

Polisdən verilən məlumata görə, hadisəni törədən qadındır, 27 yaşı var və iki uşaq anasıdır. Məşəli də sərxoş halda, bilmədən söndürüb. Onu inzibati məsuliyyətə cəlb ediblər.


Mars çölündəki "İnqilab döyüşçülərinə" abidəsinin mərkəzində yandırılan Əbədi məşəl ölkədə ilk olub. 1957-ci ildə yandırılan məşəlin odu Kirov zavodunun sobasından götürülüb. Sonra isə Moskva Kremli yaxınlığındakı Naməlum əsgərin qəbrinin üzərindəki məşəl də bu oddan yandırılıb.

2019-cu il dekabrın əvvəlində isə Sankt-Peterburqda Əbədi məşəlin içinə qar tökən 12 yaşlı yeniyetmə saxlanılmışdı. O, hərəkətini sadəcə maraqla izah etmişdi.

Primorsk diyarındakı Ussuriysk şəhərində isə bu ilin fevralında iki yerli sakin Əbədi məşəlin üstünə torpaq ataraq söndürdüyünə görə iki il koloniya qəsəbəsində həbsə məhkum edilmidi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.