Tərtər sakini qonşusunu qətlə yetirdi – YENİLƏNİB

9-05-2020, 12:46           
Tərtər sakini qonşusunu qətlə yetirdi – YENİLƏNİB
Tərtərdə baş verən qətllə bağlı cinayət işi başlanıb.

Teref.az apa-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun küçədə meyiti tapılıb.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, araşdırmalar zamanı X. Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

***

Tərtər sakini naməlum şəraitdə öldürülüb.

Teref.az apa-ya istinadən xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yaşayan, 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu gecə saatlarında telefona zəng edilərək evdən çağırılıb.

Evdən çıxan X. Zeynalovun meyitini səhəri gün şəhərin Cavanşir küçəsində təmizlik işləri aparan şəxslər tapıb.

Faktla bağlı cinayət işi açılıb.

Zeynalovu öldürməkdə şübhəli bilinən həmyerlisi, Naib adlı şəxs saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru