Rusiyada xəstəxana yandı: 1 ölü

10-05-2020, 00:03           
Rusiyada xəstəxana yandı: 1 ölü
Rusiyada xəstəxanada yanğın olub.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Moskvanın şimalında Vuçetiç küçəsində yerləşən 50 nömrəli şəhər klinik xəstəxanasının altımərtəbəli korpusunun birinci mərtəbəsində yanğın hadisəsi baş verib.

Bildirilib ki, təxminən 20 kvadratmetr ərazidə baş verən yanğın zamanı 1 nəfər həlak olub.

Təhlükəsizlik məqsədilə 200 nəfərdən çox insan yanan binadan təxliyə edilib.

Tibb müəssisəsindəki xəstələr arasında koronavirusa yoluxanların da olduğu bildirilib. \\Modern












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru