SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı, 32 nəfər öldü

10-05-2020, 19:19           
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı, 32 nəfər öldü
Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.


Teref.az-a Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikasında 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 30 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1650 nəfər müalicə olunaraq sağalmış, 32 nəfər vəfat etmiş, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 test aparılmışdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.