Gürcüstanda bəzi qadağalar ləğv edilib

11-05-2020, 10:24           
Gürcüstanda bəzi qadağalar ləğv edilib
Bu gündən Gürcüstanın paytaxtı Tbilisiyə avtomobillə giriş-çıxışa qoyulan qadağa götürülüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu gündən həmçinin, paytaxta bütün istiqamətlərdən sərbəst səyahət etmək mümkündür.

Bundan başqa, Gürcüstanda bütün növ istehsal müəssisələri, küçədən ayrıca girişi olan hər cür pərakəndə və topdansatış mağazaları fəaliyyətlərini bərpa edib. İstisna yalnız geyim və ayaqqabı mağazalarına edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.