Qocalar evində faciə...

11-05-2020, 15:10           
Qocalar evində faciə...
Rusiyada daha bir qocalar evində yanğın hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, aprel ayından bəri üç qocalar evində baş verən yanğından sonra Moskva ətrafında, Krasnoqorskidə, Tenistaya-4 ünvanında yerləşən qocalar evi də yanıb.

Mayın 10-dan başlayan yanğın mayın 11-də söndürülüb. Belə ki, hava şəraiti güclü alovun tez söndürülməsinə əngəl törədib. Yanğının ilk anlarında kömək olmadan binanı 11 nəfər tərk etsə də, içəridə qalan, 67-94 yaş arasında olan 9 nəfər həlak olub.

Yanğında şübhəli bilinən, qocalar evi yaxınlığında mənzil kirayələyən bir kişi həbs olunub. Onun kimliyi istintaq tərəfindən gizli saxlanılır.

Xatırladaq ki, Rusiya hökumətinin xüsusi tapşırığı ilə Moskva meriyası bu qocalar evinin korpusunda koronavirus xəstələrinin yerləşdirilməsini qadağan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.