İranla sərhəddə ƏMƏLİYYAT: 55 kq narkotikin Azərbaycana geçirilməsinin qarşısı alındı - FOTO

12-05-2020, 09:48           
İranla sərhəddə ƏMƏLİYYAT:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasi­tənin İran İslan Respublikasından Azərbaycan Respubli­kası əra­zisinə gətirilməsinin qarşısı alınmışdır.

10 may tarixində Astara rayonunun Orucməhəllə kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunmuş, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılmışdır. Çan­tada 3 ədəd bağlamada ümumi çəkisi 11,9kiloqram olmaqla 4900 qram “Marixuana”ya, 3450 qram “Heroin”ə, 1550 qram “Tiryək”ə, 2000 qram “Metafetamin”ə, 3800 ədəd “Metadon M-40” həbinə oxşar vasitə aşkar olunub.

10 may tarixində DİN əmək­daşları ilə birgə keçirilmiş əmə­liy­yat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kilo­qram“heroinə” oxşar vasitə aşkar olunub.

11 may tarixində Beyləqan rayonunun Əhmədli kəndi yaxın­lı­ğında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd nar­yadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar oluna­raq ona “Dayan” əmri verilmiş, qaçaqmalçı dövlət sər­hədindən qa­nun­suz keçir­diyi əşyaları ataraq geri qaçmışdır. Həmin əşyalara baxış keçirilmiş, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”ə, 16305 qram “heroin”ə, 2415 qram “ma­­ri­xuana”ya oxşar vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru