Bakıda QANLI OLAY: Oğul anasını və evdə işləyən ustanı bıçaqladı

12-05-2020, 10:22           
Bakıda QANLI OLAY:
Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb.

Teref.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş. Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb.

Şəhər sakini Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o, özünü öldürməyə cəhd edərkən anası Minəxanım Quliyeva ona mane olmağa çalışıb.

Bu zaman E. Quliyev anasını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən E. Quliyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru