Nepalda koronavirusdan ilk ölüm faktı qeydə alınıb

17-05-2020, 09:13           
Nepalda koronavirusdan ilk ölüm faktı qeydə alınıb
Nepal Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ilk ölüm faktının qeydə alındığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb.

Məlumatda 29 yaşlı pasiyentin öldüyü bildirilir. Qeyd edilir ki, xəstə mayın əvvəlində uşaq dünyaya gətirib. Onda COVID-19 infeksiyası aşkarlanıb.

Son məlumatına görə, Nepalda koronavirusa yoluxanların ümumi sayı 281 nəfərdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.