Haftar və müttəfiqlərini bitirən zərbə - Liviyada sensasion gəlişmə

19-05-2020, 12:53           
Haftar və müttəfiqlərini bitirən zərbə - Liviyada sensasion gəlişmə
Liviyanın Daxili İşlər naziri Məhəmməd əl-Kəbləvi qiyamçı Haftar ordusunun nəzarətində olan Vətiyyə hərbi hava bazasında ələ keçirilən dəlillərə dair açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir ələ keçirilən Vətiyyə bazasından Haftara dəstək verən BƏƏ-nin Liviyada baş verən qətliamdakı roluna dair faktlar ifşa olunduğunu bildirib.

O, sözügedən dəlilləri BMT Təhlükəsizlik Şurasına təqdim edəcəklərini söyləyib.

Nazir Xəlifə Haftarın mövqelərindən geri çəkilmədikdə dialoqun mümkün olmayacağına da diqqət çəkib.

Qeyd edək ki, Liviya Silahlı Qüvvələri ötən gün Vətiyyə hərbi hava bazasına nəzarəti ələ keçirdiyini açıqlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.