Polis yenidən iqtisadi yoxlamalarla məşğul olmaq istəyir

19-05-2020, 18:45           
Polis yenidən iqtisadi yoxlamalarla məşğul olmaq istəyir
DİN rəhbərliyi iqtisadiyyat sahəsində yoxlamalarla məşğul olmaq istəyini bildirib. Bu sensasiya yaradan etirafı çərşənbə axşamı nazirin birinci müavini Seyfulla Əzimov səsləndirib.

Parlamentdə insan alverinə qarşı mübarizə mövzusunda çıxış edən Əzimov bu istəyini bir sıra qanunverici aktlardan sonra sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə izah edib. Buna görə kənd təsərrüfatı, ictimai iaşə və digər sahələrdə məcburi əmək hallarının olub-olmaması yoxlanılmır.

Əzimovun bəyanatına əsasən, bu məsələ ilə polis məşğul olmalıdır. Vaxtilə hüquq-mühafizə orqanlarının sahibkarların işlərinə qarışması qadağan edilmişdi, belə ki, polisin rüşvət tələb etməsi ölkədə korrupsiyanın əsas səbəblərindən biri idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru