Nəsimi rayonunda Şəhid İbrahimov Tağı Sabir oğlunun baraleyfinin açılış mərasimi keçirilmişdir

18-01-2016, 18:12           

Nəsimi rayonunda Şəhid İbrahimov Tağı Sabir oğlunun baraleyfinin açılış mərasimi keçirilmişdir
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş İbrahimov Tağı Sabir oğlunun Nəsimi rayonu H.Seyidzadə 35 ünvanında yaşadığı binanın həyətində baraleyfi qoyulmuş guşənin yanvarın 18-də açılışı olmuşdur.
Açılışda şəhidin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin şagirdlərinin vətənpərlik mövzusunda hazırladıqları kompozisiya göstərilmişdir.
Tədbirdə şəhidin bacısı İbrahimova Məlahət, həyat yoldaşı İbrahimova Sevinc, 9 saylı tam orta məktəbin direktoru Zinyət Əhmədova çıxış edərək dövlətimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid ailələrinə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısından danışaraq 16 yanvar 2016-cı il tarixdə ölkə Prezidentinin imzaladığı sərəncama əsasən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla artırılmasının bu diqqətin bariz nümunəsi olduğunu bildirmişlər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.