Lotu Qulinin ad gününə dünya oğruları axın etdi - EKSKLÜZİV FOTOLAR

28-08-2020, 20:46           
Lotu Qulinin ad gününə dünya oğruları axın etdi - EKSKLÜZİV FOTOLAR
Kriminal aləmdə Lotu Quli kimi tanınan “qanuni oğru” Nadir Səlifovun bu gün anadan olmasının 48-ci ildönümüdür.

KONKRET.az-a daxil olan məlumata görə, onun ad gününü dünya oğruları qeyd ediblər. Məhz ad günü münasibəti ilə 35 dünya oğrusu Lotu Qulinin məzarını ziyarət edib, onun xatirəsinə saysız-hesabsız gül çələngləri həsr ediblər.

Qeyd edək ki, Nadir Səlifov 20 avqust tarixində Türkiyənin Antalya şəhərində nahar etdiyi şəxs tərəfindən qətlə yetirilib.

1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.

Lotu Qulinin bu gün keçirilən ad günündən olan fotoları təqdim edirik:














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru