Dünyanın ən varlı adamına evinin qarşısına gilyotin qoyaraq etiraz etdilər

29-08-2020, 03:49           
Dünyanın ən varlı adamına evinin qarşısına gilyotin qoyaraq etiraz etdilər
Yüzdən çox etirazçı Vaşinqtonda dünyanın ən varlı adamı Ceff Bezosun evinin qarşısına toplaşıblar.

“Business Insider” xəbər verir ki, onlar “Amazon”un işçilərinin maaşlarının azlığına etiraz olaraq onun qapısının önünə gilyotin qoyublar.

Bu, Bezosun sərvəti 200 milyard dolları keçdikdən sonra baş verib. Etirazçılar minimum əmək haqqını saatda 15 dollardan 30 dollara qaldırmağı tələb ediblər.

“Bezos saniyədə 4000 dollar qazandığı halda, saatı 30 dollar olan minimum əmək haqqına layiq olmadığımıza dair heç olmasa bir səbəb deyin”, - etirazçıların lideri və “Amazon”un keçmiş əməkdaşı Kristian Smolls bildirib.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru