Azərbaycanda V-IX siniflərdə dərslər oktyabrın 1-də başlayacaq
29-08-2020, 16:05
Azərbaycanda ümumi təhsilin ümumi orta təhsil səviyyəsi üzrə dərslərin əyani başlama tarixi açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib. Qeyd edilib ki, ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə dərslər oktyabrın 1-dən başlayacaq.