Dəhşət: Kürdəmirdə uşağın əli ətçəkən maşında qaldı, 4 barmağı kəsildi

30-08-2020, 07:33           
Dəhşət: Kürdəmirdə uşağın əli ətçəkən maşında qaldı, 4 barmağı kəsildi
Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Teref.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, 2018-ci il təvəllüdlü İdrisova Zəhra Vilayət qızı evdə böyüklərin gözündən yayınaraq əlini elektriklə işləyən ət maşınına salıb. Bu zaman azyaşlı sol əlindən ciddi xəsarət alıb.
Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Həkimlərin səyinə baxmayaraq azyaşlının sol əlinin dörd barmağı amputasiya olunub. Hazırda uşağın müalicəsi davam etdirilir.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru