Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin vaxtı açıqlanıb

1-09-2020, 10:34           
Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin vaxtı açıqlanıb
Rusiyada risk qrupuna daxil olan şəxslərin koronavirusa qarşı kütləvi peyvəndlənməsi noyabr-dekabr aylarında başlayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko deyib.

O bildirib ki, bu həftə könüllülərin iştirakı ilə yekun tədqiqatlar başlayacaq. Bu tədqiqatlara 40 minədək könüllü qatılacaq. Tədqiqatlar zamanı bütün detallar və xırdalıqlar diqqətdən keçiriləcək.

Nazir əlavə edib ki, ilin sonunda vaksin Rusiyanın regionlarına da tədarük ediləcək.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirdiyini elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru