Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə

2-09-2020, 08:23           
Dünyada okean səviyyəsi kritik həddə çatdı: 16 milyon insan təhlükədə
Alimlər buzlaqların ərimə sürətinin ilkin gözləntiləri aşdığını qeyd edirlər.

“Nature Climate Change” bu barədə xəbər yayır.

Bildirilir ki, son illərdə Antarktida və Qrenlandiyada buzlaqlarının ərimə templəri nəzərəçarpacaq dərəcədə sürətləndiyindən dünya okeanının səviyyəsi kəskin artıb.

Dəniz səviyyəsində artımın 90-cı illərdən bəri 1,8 santimetrə çatdığı, bunun ən pis vəziyyət olduğu qeyd edilir.

Hazırda dünya okeanının səviyyəsi hər il dörd millimetr artmağa davam edir.

Buz əriməsinin mövcud artım templəri qalarsa, bu əsrin sonunda dəniz səviyyəsi 17 santimetr artacaq və bu da sahil ərazilər üçün təhlükəli olacaq. Bu gün təxminən 16 milyon insanın yaşadığı ərazilər su altında qala bilər.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru