Evinə girən qarətçiləri öldürməklə məşhurlaşan rusiyalı sahibkar erməni tərəfindən qətlə yetirilib - VİDEO

2-09-2020, 08:27           
Evinə girən qarətçiləri öldürməklə məşhurlaşan rusiyalı sahibkar erməni tərəfindən qətlə yetirilib - VİDEO
Evinə basqın edən qarətçiləri öldürməklə gündəmə düşən rusiyalı sahibkar Yevgeni Dedanin Tatarıstanın Buqulma şəhərində qətlə yetirilib.

Bu barədə “Baza” “Telegram” kanalı xəbər yayıb.

Sahibkar özünün “İzobiliye” firmasının bazasının yaxınlığında güllələnib. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səyinə baxmayaraq ölüb.

Qatil artıq saxlanılıb. Onun adı Araik Mirzonyandır, 54 yaşı var.

Məlumata görə, biznesmenin yanında təsadüfi şahid də olub. Qatil silahı ona tərəf də doğruldub, lakin sonra atəş açmayıb, ya fikrindən vaz keçib, ya da özünü itirib.



Qeyd edək ki, Dedanin iki il əvvəl qarətçilərdən xilas ola bilmişdi. Canilər sübh tezdən Yevgeni ilə arvadına hücum etmişdi: iki nəfər onun evinə soxulmuş, biri isə avtomobildə gözləyirdi. Əvvəlcə qarətçilər ev sahibini və onun arvadının əl-qolunu bağlamışdılar. Sonradan isə evdəki siqnalizasiyanın işə düşmək üzrə olduğunu görüb ev sahibinin əlini açırlar. O da cəld tərpənərək bıçağa sahib olur və cinayətkarlara hücum edir. Nəticədə qarətçilər ağır yaralanır, tibbi yardım gələnə kimi ölürlər. Hücumun təşkilatçısı isə altı ilə müddətinə azadlıqdan məhrum edilir.oxu.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru