Biləsuvarda saxlanılan şəxs Sahil Babayevin işçisidir - Onunla bərabər bir neçə vəzifəli şəxs də saxlanılıb
2-09-2020, 19:24
Biləsuvarda saxlanılan şəxs Sahil Babayevin işçisidir Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları Biləsuvar rayonunda əməliyyat keçirib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Biləsuvar rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Əliyev Fərasim saxlanılıb. Onunla bərabər bir neçə vəzifəli şəxsin də saxlanıldığı bildirilir.
Elvin Rüstəmov
****
16:19
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Biləsuvar rayonunda əməliyyat keçirir.
Bu barədə "BakuPost" məlumat yayıb. İddia olunur ki, rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.
Xatırladaq ki, DTX bu ilin aprelin 29-da Biləsuvarda əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi həbs edib. Avqustun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Faiq Qürbətov Biləsuvara icra başçısı təyin olunub.