ABŞ-da polislər afroamerikalını güllələdilər

3-09-2020, 05:54           
ABŞ-da polislər afroamerikalını güllələdilər
ABŞ-ın paytaxtında polis əməkdaşları saxlanılma zamanı afroamerikalıya atəş açıblar, o, daha sonra xəstəxanada ölüb.

“Report” xəbər verir ki, bu barədə paytaxt telekanalı WJLA bildirib.

Vaşinqton polisinin rəhbəri Piter Nyusem hadisə yerində təşkil edilmiş mətbuat konfransında bildirib ki, asayiş keşikçiləri küçədəki avtomobillərdən birində silahlı şəxslərin olması barədə məlumat aldıqdan sonra əraziyə gəliblər. "Onlar avtomobilə yaxınlaşdıqda maşındakılar qaçmağa başlayıblar. Polislərdən biri xidməti silahından atəş açıb. Yaralanmış bir nəfər yerli xəstəxanaya çatdırılıb, orada onun öldüyünü bildiriblər. Biz hadisə yerində iki odlu silah aşkarladıq", - Nyusem bildirib.

O, ölən şəxsin kimliyi və polis barədə məlumat verməyib. Polis rəhbəri həmçinin qeyd edib ki, indi onlara bütün verilən informasiya ilkin xarakter daşıyır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru