Azərbaycanlılar Rusiyada qiyam qaldırdı

3-09-2020, 16:15           
Azərbaycanlılar Rusiyada qiyam qaldırdı
Azərbaycanlılar Rusiyanın Bryansk şəhərində qiyam qaldırıblar.

Teref.az Lent.az-a istinadla xəbər verir ki, buna səbəb şəhərin mərkəzində yerləşən meyvə-tərəvəz bazasının çirkab və dağılmış vəziyyətdə olmasıdır.

Bryansk vilayətinin ən böyük bazasında, fotolardan da göründüyü kimi, asfalt örtüyü dağılıb gedir, hər tərəf palçıqdır. İş o yerə çatıb ki, bütün bazar ərazisində çirkab dolu gölməçələr yaranıb. Bunun nəticəsində yerli sakinlərin bazara axını həddən artıq azalıb.

Hər ay yer pulu ödəyən satıcılar bunun müqabilində bazar sahibindən burda səliqə yaratmağı xahiş ediblər. Amma bazarın sahibi onların bu tələbini qulaqardına vurub. Nəticədə yüzlərlə azərbaycanlı bazara çıxmaqdan imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru