Ölkə silkələndi - 5,9 bal gücündə zəlzələ oldu 6-09-2020, 08:56 İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.Yeraltı təkanların episentrinin Ternate şəhərindən 132 kilometr şimal-şərqdə, ocağının isə 26,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.Cənub-şərqi Asiyada sunami xəbərdarlığı elan edilməyib. Facebook-da paylaş