Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO

6-09-2020, 10:29           
Çürümüş meyvədən “sərxoş olan” arılar Böyük Britaniyanı “istila” etdi - VİDEO
Almaniyadan yollanan nəhəng “sərxoş” eşşək arıları Böyük Britaniyanı “istila” edib.

Bu barədə “Daily Star” məlumat yayıb.

Məlumata görə, böcəklər son dərəcə aqressivdir və səbəbsiz yerə insanlara hücum edir.

Mütəxəssislərin fikrincə, təhlükəli arıların görünməsi yay mövsümünün çox isti keçməsi və qıcqırmış meyvələrin bolluğu ilə əlaqədardır. Nəticədə “sərxoş olan” böcəklər narahat və aqressiv olur.

Ekspertlər sakinlərə küçələrdə ehtityatlı olmağa çağırıb. Həmçinin insanlara arılarla rastlaşdıqda əllərini yellətməməyi tövsiyə edirlər, çünki bu onların təcavüz obyektinə çevrilmək şansını artırır.milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru