Navalnının mühafizəsi gücləndirilib: Təhlükə gözlənilir
7-09-2020, 00:03
Almaniya hökuməti bi ölkədə müalicə olunan Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnını müksum mühafzəyə alıb.
Cebhe.info xəbər verir ki, bu barədə Xarici İşlər naziri Xayko Maas məlumat verib.
Onun sözlərinə görə, bu qərara səbəb Navalnının zəhərlənməsi ilə bağı vəziyyətin bütün dünyanın diqqətini cəlb etməsidir: "Bütün təhlükəsizlik tədbirləri görülməlidir ki, o sağalsın. Bütün mümkün tərəflərin törədə biləcəyi hansısa hadisəyə imkan verilməsin".
Xatırladaq ki, Navalnının səhhəti 20 avqustda pisləşib. Daha sonra onun zəhərləndiyi məlum olub və müalicə üçün Almaniyaya aparılıb. 2 sentyabrda kansler Angela Merkel onun SSRİ dönəmindən məşhur olan "Naviçok" adlı zəhərlə zəhərləndiyini bildirib.