Çində məktəblilərə hücum olub, xəsarət alanlar var

7-09-2020, 07:26           
Çində məktəblilərə hücum olub, xəsarət alanlar var
Çinin mərkəzi hissəsindəki Xunan əyalətində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində dörd şagird yaralanıb.

“Report”un məlumatına görə, bu barədə “Sina” informasiya portalı bildirib.

Agentliyin məlumatına görə, hadisə Çjanszyasze şəhərində olub. Polis artıq hadisəni törədən şəxsi saxlayıb.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya göndərilib. Hadisənin başvermə səbəbi araşdırılır, istintaq aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.