İnsanları yoluxmadan qurtarmaq mümkün olacaq - Virusu blok edən yeni antitel tapıldı

7-09-2020, 10:45           
 İnsanları yoluxmadan qurtarmaq mümkün olacaq -
İnsan hüceyrələrində koronavirusu blok edən yeni antitel (nanotel) tapılıb.

Cebhe.info xəbər verir ki, tapıntını İsveçin Karolina Universitetinin mütəxəssisləri əldə edib. Məlum olub ki, kiçik antitel insan hüceyrələrində yeni növ koronavirusu bloklamağa qadırdır.

Bu antitel COVID-19-un inkişafının qarşısını alır. Mütəxəssislərin bu tapıntısı "Nature Communications" jurnalında yer alıb.

Tədqiqat zamanı məlum olub ki, Ty1 antiteli virusu neytrallaşdırır. O da məlum olub ki, yeni tapılan antitel adi antitellə müqayisədə onlarla dəfə kiçikdir. Onu daha az xərclə və daha çox miqdarda yaratmaq da mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru