Qurban Məmmədov barəsində cinayət işi başlanıb - Bu maddələrlə ittiham olunur...

8-09-2020, 14:15           
Qurban Məmmədov barəsində cinayət işi başlanıb - Bu maddələrlə ittiham olunur...
Hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycanda cinayət işi başlanıb.

APA-nın məlumatına görə, Q. Məmmədov Cinayət Məcəlləsinin 220-ci (kütləvi ixtişaş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham edilir.

Nəsimi rayon Məhkəməsində bu gün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru