Dondurma istədiyi üçün uşağı yerlə sürüdü, kolluğa atdı - VİDEO

9-09-2020, 00:05           
Dondurma istədiyi üçün uşağı yerlə sürüdü, kolluğa atdı - VİDEO
Sosial şəbəkədə qadının balaca uşağın boynunun ardından tutaraq yerlə sürüməsi ilə bağlı video paylaşılıb.

“RİA Novosti”nin məlumatına görə, hadisə Rusiyanın Dolinsk şəhərində baş verib.

Kadrlarda qadının uşağı sürüdüyü, sonra isə kolluğa atdığı, uşağın isə bu müddətdə ağladığı görünür.

Qadının uşağın anası olub-olmaması məlum deyil.

Hadisə şahidi qadının içkili ola biləcəyi və uşaq dondurma istədiyi üçün belə etdiyi ehtimalını səsləndirib.

Görüntülərlə bağlı polis artıq yoxlamalara başlayıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru