ABŞ-da polis məmuru autizmdən əziyyət çəkən yeniyetməni güllələyib
9-09-2020, 12:10
ABŞ-ın Yuta ştatındakı Solt Leyk Siti şəhərində sinir böhranı keçirən 13 yaşlı autist yeniyetmə polis məmuru tərəfindən odlu silahla vurulub.
İnterAz-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "KUTV" telekanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 4-də "Asperger" sindromundan (autizmin bir növü) əziyyət çəkən 13 yaşlı Linden Kemeronun anası, oğlunun sinir böhranı keçirməsi səbəbi ilə polisi və təcili yardım xidmətini çağırıb.
Qadın, hadisə yerinə gələn polis məmurlarına uşağının psixikasının xüsusiyyətləri barədə məlumat verdiyini və onda silahın olmadığını, xəstəxanaya aparılmalı olduğunu bildirib.
Qısa müddətdən sonra qadın polis məmurlarından birinin oğlunun yerə uzanmasını əmr etdiyini eşidib, daha sonra bir neçə dəfə atəş edilib.
Ananın sözlərinə görə, Kemeron topuqlarından, çiynindən və digər orqanlarından xəsarət alaraq xəstəxanaya çatdırılıb.