Vuhanda 8 ay sonra yataqxanaya qayıdan tələbəni dəhşətə gətirən "mənzərə" - FOTO/VİDEO

10-09-2020, 07:08           
Vuhanda 8 ay sonra yataqxanaya qayıdan tələbəni dəhşətə gətirən "mənzərə" - FOTO/VİDEO
8 ay sonra yataqxanaya qayıdan tələbə qarşılaşdığı mənzərədən dəhşətə gəlib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Çinin Hubey əyalətinin Vuhan şəhərindəki universitetdə oxuyan tələbə qış tətili ilə əlaqədar olaraq tısbağasını yataqxanada qoyub, ordakı tanışlarına tapşıraraq öz şəhərinə gedib. O, başqa evində olduğu zaman karantin elan olunub və yataqxana boşaldılıb və gediş-gəliş məhdudlaşdırılıb.

Bir müddət əvvəl karantin rejimi yumşaldıldığına görə yataqxanaya qayıdan oğlan tısbağasının acından öldüyünü və sümüklərinin qaldığını gördükdə kövrəlib.

Tısbağanın sahibi Lin "Asia Wire"a açıqlamasında bildirib ki, 1 ay sonra onun yanına qayıdacağını düşünürdü və heyvan üçün kifayət qədər ərzaq, su qoymuşdu.

"Kimin ağlına gələrdi ki, pandemiya elan olunacaq və mən 8 ay bura qayıda bilməyəcəm"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru