Rusiyada orta məktəbdə 100-dən çox uşaqda rinovirus aşkarlandı

10-09-2020, 07:15           
Rusiyada orta məktəbdə 100-dən çox uşaqda rinovirus aşkarlandı
Rusiyanın Novqorod əyalətində A.İ.Qorev adına orta ümumtəhsil məktəbinin yüzdən çox şagirdi xəstələnib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Koronavirusun yayılmasının qarşısının alınması üzrə regional Operativ Qərargahın nümayəndələrinin bildirdiyinə görə, onlarda rinovirus aşkar edilib.

Qeyd edilir ki, məktəblilərdən və təhsil müəssisəsinin işçilərindən alınan materialların tədqiqatının ilkin nəticələri əldə edilib. Bağırsaq infeksiyasının mövcudluğuna dair şübhələrin olduğu xəstələrdə polimeraz zəncir reaksiyası ilə DNT müəyyənləşdirilib. Materiallar hazırda bakterioloji laboratoriyada təsdiqlənir və müəyyənləşdirilir.

“Kəskin respirator virus infeksiyası əlamətlərinin olduğu pasiyentlərdə rinovirus aşkarlanıb”, - xəbərdə deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru