Yaponiyada təyyarədə sərnişin onda bomba olduğunu bildirib

11-09-2020, 07:40           
Yaponiyada təyyarədə sərnişin onda bomba olduğunu bildirib
Yaponiyanın "Narita" hava limanında təyyarədə sərnişin onda bombanın olduğunu deyib.

"Report" xəbər verir ki, bu barədə hava limanının əməkdaşlarına istinadən "Kiodo" agentliyi bildirib.

Qeyd edilir ki, hadisə cümə günü səhər “Jetstar Japan” aviaşirkətinin təyyarəsində baş verib. Sərnişin onda partlayıcı qurğunun olduğunu bildirib. O, təyyarədən endirilib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Həmin şəxsdə hər hansı partlayıcı qurğunun olub-olmaması açıqlanmır.

Hazırda sərnişin sorğu-sual edilir və hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru