Hüseyn Məlik həbs edildi

12-09-2020, 00:08           
Hüseyn Məlik həbs edildi
Sentyabrın 11-də Bakının Səbayel Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü, Qarabğ qazisi Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.
ADR Hərəkatı bildirir ki, Hüseyn Məlikin həbsi sifarişlidir, onun sosial şəbəkədəki tənqidi postları ilə əlaqədardır. Sonuncu postlarından birində Hüseyn bəy Tofiq Yaqublunun həbsinə kəskin etiraz etmiş və bununla bağlı dövlət başçısına çağırış etmişdir.
Hüseyn bəy dünən axşam, doğum günündə evindən polis idarəsinə aparılıb və bugün məhkəmə qərarı ilə həbs edilib. Odur ki, onun əməlində polisin qanuni tələbinə tabe olmama halı yoxdur. ADR Hərəkatı həbsi pisləyir və qanunsuz sayır, hakimiyyətdən Hüseyn Məlikin dərhal azad edilməsini tələb edir.
Teref.z












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru