Belqradın mərkəzində avtomobil partlayıb

13-09-2020, 17:55           
Belqradın mərkəzində avtomobil partlayıb
"BMW X5" markalı avtomobil Serbiyanın paytaxtı Belqradın mərkəzində əsas küçələrdən birində hərəkət zamanı partlayıb. “Report”un məlumatına görə, bu barədə respublikanın Daxili İşlər Nazirliyinə istinadən TASS bildirib.

Qeyd edilir ki, hadisə zamanı iki nəfər xəsarət alıb.

"Bu gün saat 12:15-də (Bakı vaxtı ilə saat 14:15-də - red) Novi-Beoqrad ərazisində, Omladinsk briqadası küçəsində hərəkətdə olan avtomobilin partlayışı baş verib, nəticədə iki insan yaralandı”, - Daxili İşlər Nazirliyi mətbuat xidmətində bildiriblər.


Hazırda polislər partlayışın qəsdən törədilib-törədilmədiyini müəyyənləşdirməyə çalışırlar. Hadisə yerində istintaq qrupu işləyir. Cinayətin mümkün icraçılarının axtarışı aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru