Bill Qeytsin atası vəfat etdi - VİDEO

16-09-2020, 07:38           
Bill Qeytsin atası vəfat etdi - VİDEO
“Microsoft” şirkətinin banisi Bill Qeytsin atası Uilyam Qeyts 94 yaşında vəfat edib.

Teref.az xəbər verir ki, bu barədə Bill Qeyts öz bloqunda bildirib.

“Dünən atam evdə ailəsinin əhatəsində dinc şəkildə öldü. Onu indi ifadə edə biləcəyimizdən çox darıxacağıq. Kədər, həm də minnətdarlıq hissi keçiririk. Atamın ölümü gözlənilməz deyildi, onun 94 yaşı vardı və səhhəti pisləşirdi, ona görə də illərdir həyatımızda belə gözəl bir insana sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu düşünməyə vaxt tapdıq", - Bill Qeyts yazıb.

Qeyts atasının xeyriyyəçiliyə mühüm töhfə verdiyini qeyd edib. "Atam olmasaydı, Bill və Melinda Qeyts Fondu bugünkü vəziyyətə çevrilməzdi. Fondun sərvətlərini hamıdan çox o formalaşdırdı", - o deyib.

“New York Times” nəşri qeyd edib ki, ata Qeytsin ölümünə alsqeymer xəstəliyi səbəb olub.Report













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru