Rusiyada klinikada yanğın baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb 17-09-2020, 06:37 Rusiyanın Krasnoyarsk şəhərində “Mir” Prospekti, 115a ünvanında yerləşən özəl klinikada yanğın baş verib. APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.Qeyd edilib ki, yanğın zamanı 4 nəfər ölüb, 2 nəfər yaralanıb.Yanğının yerli vaxtla 23.46-da baş verdiyi bildirilib.Alov klinkanın 1-ci mərtəbədəki ofisdə başlayıb. Dərhal 16 nəfər klinikadan çıxarılıb və 01.19-da yanğın söndürülüb.İlkin ehtimala görə, hadisəyə səbəb ehtiyatsızlıq və ya elektrik avadanlıqlarının nasazlığı ola bilər. Facebook-da paylaş