Çantasında doğranmış qadın cəsədi ilə QONAQLIĞA GETDİ

19-09-2020, 00:00           
Çantasında doğranmış qadın cəsədi ilə QONAQLIĞA GETDİ
ABŞ-ın Luisvill şəhərinin sakini çantasında doğranmış qadın cəsədi ilə Çikaqoda yaşayan qohumlarıgilə qonaqlığa gedib.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Melvin Martin Çikaqoya avtobusla gedib. Orada qohumları onu qarşılayaraq evlərinə aparıblar. Martinin özü ilə çantaları olub, hamısından da pis qoxu gəlib. Qohumlarının sonradan polisə verdiyi ifadəyə görə, qonaq geyinməyə paltar istəyib, ancaq öz çantalarını açmaqdan imtina edib.

Bir neçə gün sonra Martin kitabxanaya gedəndə, ev sahibi çantaların birini açıb və orada bədən qalıqları tapıb. Dəhşətə gələn kişi dərhal polisə məlumat verib. Digər çantalarda da qadın başı və digər qalıqlar aşkarlanıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları qurbanın məişət zorakılığı zəminində öldürüldüyünü müəyyən ediblər. Onun bədəni azı bir ay əvvəl doğranıb.

Həmin hadisədən bir gün sonra polislər qadının cəsədinin başqa hissələrini Luisvill parkında aşkarlayıblar.

Martin həbs olunub. Hadisə ilə bağlı istintaq başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru