Rusiyada paytaxt sakini anasını güllədikdən sonra intihar edib

23-09-2020, 08:25           
Rusiyada paytaxt sakini anasını güllədikdən sonra intihar edib
Rusiyanın Yeni Moskva bölgəsində 1971-ci il təvəllüdlü paytaxt sakini anasını güllələyərk öldürdükdən sonra intihar edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yulia İvanova jurnalistlərə açıqlamasında bildirib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2 hissəsinə (iki və ya daha çox insanın öldürülməsi) əsasən, faktla bağlı cinayət işi açılıb.

Hadisə sentyabrın 22-də Desenovskoye qəsəbəsində baş verib.

İlkin məlumatlara görə, anasını öldürməzdən əvvəl kişi depressiyada olub.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, mənzilin qapısı arxadan bağlı olub. Xilasedicilər qapını açdıqdan sonra içəridə ana və oğulun meyitlərini aşkar ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru